hia.az
hia.az

Sosial-iqtisadi inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir

292 dəfə baxılıb 12-11-2018, 12:48

Sosial-iqtisadi inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Bakının bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərini və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə paytaxtın Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 186, 188 və 194 saylı binalarının həyətində olub.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlərlə görüşdə bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Görüşdə sakinlər Binəqədi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə ölkə başçısı İlham Əliyevə təşəkkür ediblər. Beş min kvadratmetr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şahmat və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub. Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb. Eyni zamanda quşlar üçün yuvalar düzəldilib. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma vərdişlərinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə 11 ədəd müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi