hia.az
hia.az

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

21 dəfə baxılıb 8-08-2026, 14:30

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Rusiyanın Krasnodar diyarında yerləşən Gelencik şəhərində avqustun 8-də pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

Şəhərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda sakinlər və turistlərdən çimərlikləri tərk etmələri tələb olunub.

Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bildirib ki, Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrində bütün çimərliklərin fəaliyyəti dayandırılıb. Qərarın insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi açıqlanıb.

Məlumata görə, şəhərdə hava həyacanı siqnalı işə salınıb və hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir.

Bundan əvvəl Gelencikdə səmada partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, avqustun 3-də Gelencik yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsində çimərlik ərazisinə PUA düşməsi nəticəsində 7 nəfər, o cümlədən 3 uşaq ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə əlaqədar Gelencik hava limanında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi