hia.az
hia.az

İranda Təbriz Günü qeyd edilib

20 dəfə baxılıb 7-08-2026, 15:18

İranda Təbriz Günü qeyd edilib

İranda Məşrutə hərəkatının növbəti ildönümü münasibəti ilə Təbriz Günü qeyd edilib.

Bu barədə məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu günlə əlaqədar Güney Azərbaycana "İran tarixinin açıq kitabı və azadlıq, qeyrət və sivilizasiya məktəbi" adlı müraciət ünvanlayıb.

O, bu torpağın qəhrəmanlarının, şəhidlərinin və nüfuzlu xadimlərinin xatirəsini anaraq Güney Azərbaycanın İran mədəniyyətinin formalaşmasında misilsiz rol oynadığını vurğulayıb:

"Milli sərkərdə Səttarxanın və milli rəhbər Bağırxanın torpağı əbədi dastanların izlərini təqvimin hər səhifəsində görmək mümkün olan torpaqdır. Təbriz həmişə ilk nailiyyətlər şəhəri olub. Ölkənin mədəniyyət, təhsil, idman və incəsənət sahəsində bir çox inkişaf mərhələlərinin ilk addımları məhz bu torpaqda atılıb".

Qeyd edək ki, 1905-1911-ci illərdə Səttarxan və Bağırxanın rəhbərliyi ilə baş verən Məşrutə hərəkatı nəticəsində İran parlamentarizminin əsası qoyulub. 1906-cı ilin avqustunda Müzəfərəddin Şah Qacar ölkə tarixinin ilk konstitusiyasını təsdiq edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi