hia.az
hia.az

Ərdoğan Türkiyədə vaksinasiyanın bitəcəyi vaxtı açıqladı - VİDEO

809 dəfə baxılıb 3-04-2021, 19:55

Ərdoğan Türkiyədə vaksinasiyanın bitəcəyi vaxtı açıqladı - VİDEO



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Haber Global”ın məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

Prezident bildirib ki, yayadək ölkədə aparılan koronavirusa qarşı vaksinasiya prosesinin sona çatdırılması planlaşdırılır.

“Vaksinasiyanın may-iyunda bitəcəyinə və yay üçün nəhayət ki, normal həyat tərzinə qayıdacağımıza ümid edirik. Biz Çinlə 100 milyon dozalıq peyvənd alınması barədə razılaşmışıq. Sifarişin yarısı hələ ki, bizə çatdırılmayıb. Bununla yanaşı, biz digər ölkələr, o cümlədən də Rusiya ilə də danışıqlar aparırıq. Əlavə vaksinlər işimizi daha da asanlaşdıracaq”, - deyə Ərdoğan qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi