hia.az
hia.az

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

20 dəfə baxılıb 7-08-2026, 16:24

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

Ukrayna tərəfi Rusiyanın "Yaroslavl" neft emalı zavodunun məhv edilməsi əməliyyatı zamanı yaxşı nəticələr əldə edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatının məruzəsinin yekunlarına əsasən "X" sosial şəbəkəsində yazıb.

"Yaroslavl" neft emalı zavodunda yaxşı nəticələr əldə edilib. Biz müvafiq əməliyyatları davam etdiririk", - V.Zelenski qeyd edib.

Onun sözlərinə görə, məruzə zamanı Konstantinovka, Slavyansk və bütövlükdə Donetsk vilayətinin müdafiəsinə xüsusi diqqət yetirilib.

V.Zelenski həmçinin bildirib ki, baş komandanla raket əleyhinə müdafiənin gücləndirilməsi, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü ilə bağlı ABŞ tərəfi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi