hia.az
hia.az

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

15 dəfə baxılıb 11-08-2026, 15:47

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur.

2026-cı il məzunları attestatlarını myGov platformasından əldə edə bilərlər.

Bildirilib ki, yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq “myGov” platformasında əlçatandır.

"Məzunlar sənədlərini myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər. Elektron attestatın üzərindəki QR kod oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür",- MÜTDA-dan bildirilib.

Qeyd edilib ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək:

"Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi