hia.az
hia.az

DST: Qeysəriyyə əməliyyatı çox vaxt tibbi ehtiyac olmadan aparılır

791 dəfə baxılıb 25-01-2019, 12:49

DST: Qeysəriyyə əməliyyatı çox vaxt tibbi ehtiyac olmadan aparılır
Yanvarın 25-də Dünya Səhiyyə Təşkilatı (DST) və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə qeysəriyyə kəsiyi əməliyyatının azaldılması üçün səmərəli sistem olan "Robson təsnifatı"nın təqdimatına həsr olunmuş seminar-konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın müxtəlif şəhər və rayonlarından olan mama-ginekoloqlar, o cümlədən beynəlxalq mütəxəssislər iştirak ediblər.

DST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı tədbirin məqsədinin son illər artan qeysəriyyə əməliyyatının müqayisəsi və monitorinqi vasitəsi olan "Robson təsnifatı"nın təqdimatı və bu sistemin səhiyyə müəssisələrində tətbiq üsulları barədə hər kəsi məlumatlandırmaq olduğunu deyib.

H.Harmancı bildirib: "Hesab edirik ki, bu təsnifatın istifadəsi səhiyyə müəssisələrində qeysəriyyə əmsalına təsir göstərən qadın qruplarını müəyyənləşdirməyə və bu qrupların nəticələrini təhlil etməklə səhiyyənin keyfiyyətini qiymətləndirməyə yardım edəcək. Bu sistem, həmçinin toplanmış məlumatların əhəmiyyəti, şərhi və istifadəsi ilə bağlı tibbi heyətin maarifləndirmə səviyyəsini artırmağa öz töhfəsini verəcək.

Qeysəriyyə kəsiyi əməliyyatı dünyada, xüsusilə yüksək və orta gəlirli ölkələrdə artan templə davam edən və ən geniş yayılmış əməliyyat növlərindən biridir. İnsan həyatını xilas etməsinə baxmayaraq, bu əməliyyat çox vaxt tibbi ehtiyac olmadan aparılır. Bu da qadınlar və körpələr üçün qısa və uzunmüddətli sağlamlıq problemlərini yaradır. Ona görə də hər xəstənin qarşılaşdığı vəziyyətə uyğun ehtiyaclarını ödəməyin əhəmiyyətini vurğulayır və yalnız tibbi zərurət yarandıqda bu əməliyyatı tövsiyə edirik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi