hia.az
hia.az

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

15 dəfə baxılıb 10-08-2026, 11:50

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Litvanın Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.

Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək, Baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə saxlayacağını bildirib.

Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib.

Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Litvanın Baş naziri, həmçinin beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi