hia.az
hia.az

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

21 dəfə baxılıb 8-08-2026, 15:22

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, general Hüseyn Möhəbi Hörmüz boğazının açılması ilə bağlı şərtlərin İranın müəyyən etdiyi mexanizm və xüsusi tələblər əsasında müəyyənləşəcəyini bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Hörmüz boğazının açılması İran İslam Respublikasının müəyyən etdiyi mexanizm və şərtlərdən asılıdır və İranla Oman arasında aparılan danışıqlara bağlı deyil.

Möhəbi qeyd edib ki, Hörmüz boğazı İran üçün yalnız iqtisadi su yolu deyil, həm də coğrafi və strateji güc amilidir.

SEPAH sözçüsü bildirib ki, boğazın açılması ABŞ-ın İranın şərtlərini tam qəbul etməsindən və "regional danışıqlara müdaxilədən" əl çəkməsindən asılıdır.

“ABŞ İranın şərtlərini qəbul etdiyi zaman Hörmüz boğazı mütləq açılacaq”, – deyə o vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi