hia.az
hia.az

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

20 dəfə baxılıb 7-08-2026, 17:52

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlayıb.

Bu barədə AQTA məlumat yayıb.

Laborator müayinələrin nəticələrinə əsasən, "Saffren dietary supplement" (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və "Spirulina" (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb.

AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi