hia.az
hia.az

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

22 dəfə baxılıb 7-08-2026, 12:41

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin xarici təzyiqlərə boyun əyməyəcəyini bəyan edib. Modern.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Qalibaf bəyanatında mümkün hücumlar və danışıqlarla bağlı səsləndirilən açıqlamaları "təkrar olunan teatr diplomatiyası" adlandırıb.

"Təhdidlərdən, yerinə yetirilməyən vədlərdən və saxta xəbərlərdən təzyiq vasitəsi kimi istifadə uğursuz strategiyadır. Reallığı qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil", – deyə o vurğulayıb.

İran parlamentinin sədri bildirib ki, ölkəsi təzyiq siyasəti qarşısında geri çəkilməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi