hia.az
hia.az

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

3 dəfə baxılıb Dün, 09:40

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq


Bu gün ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq.

Bakının Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 10:00-dan 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edəcək.

Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə məhdudiyyət tətbiq ediləcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi