hia.az
hia.az

Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb

0 dəfə baxılıb Bugün, 09:14

Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb

Böyük Britaniya hakimiyyəti ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatlarda quraşdırılmış kameraların texniki məlumatları Çindəki IP ünvana ötürdüyünü aşkarlayıb.

Bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Söhbət Britaniyanın müdafiə podratçısı "Kraken Technology Group" tərəfindən təchiz edilən "K3 Scout" pilotsuz aparatlarından gedir. Aparatlar üçün kameralar əvvəllər avadanlığın təhlükəsizliyinə zəmanət verən üçüncü tərəf şirkətindən alınıb.

Kameralarda Çin istehsalı komponentlər aşkarlanıb. Yoxlama zamanı müəyyən edilib ki, qurğular Çinə sistemin vəziyyəti ilə bağlı siqnallar, yəni avadanlığın şəbəkəyə qoşulması və işlək vəziyyətdə olması barədə texniki məlumatlar ötürüb.

Məlumatların ötürüldüyü aşkarlandıqdan sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi aparatların internet bağlantısını kəsib.

Bununla belə, nazirliyin nümayəndəsi bildirib ki, araşdırma nəticəsində həssas və ya kritik əhəmiyyətli məlumatların xaricə sızmasına dair heç bir əlamət aşkar edilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi