hia.az
hia.az

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

19 dəfə baxılıb 7-08-2026, 10:50

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasındakı cavab oyununun hakimləri dəyişdirilib.

UEFA daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi Portuqaliya hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi