hia.az
hia.az

“Sumqayıt”ın heyətinə qatmaq istədiyi ilk oyunçu müəyyənləşdi

386 dəfə baxılıb 21-12-2018, 14:52

“Sumqayıt”ın heyətinə qatmaq istədiyi ilk oyunçu müəyyənləşdi"Sumqayıt” futbol klubunun qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçunun adı müəyyənləşib.

"Report”un əldə etdiyi məlumata görə, bu, "Zirə”nin qapıçısı Kamal Bayramovdur. Baş məşqçi Ayxan Abbasov qəsəbə təmsilçisinə rəhbərlik etdiyi dönəmdən potensialına yaxşı bələd olduğu 33 yaşlı qolkiperi komandasında görmək istəyir. Lakin Bayramovun hazırkı klubu ilə 2019-cu ilin iyununadək müqaviləsi var. Bu səbəbdən, "gənclik şəhəri” təmsilçisi yaxın günlərdə "Zirə”yə rəsmi təklif göndərəcək.

Əvəzində icarə müqaviləsi başa çatan Orxan Sadıqlı müqavilə üzrə məxsus olduğu "Keşlə"yə qayıdıb.

Qeyd edək ki, hazırda "Sumqayıt”ın əsas qapıçısı Mehdi Cənnətovdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi