hia.az
hia.az

"Real" "transfer bombası"nı açıqlaya bilər

394 dəfə baxılıb 19-01-2019, 13:05

"Real" "transfer bombası"nı açıqlaya bilər
"Real" "transfer bombası"nı partlatmağa hazırlaşır.

Fanat,Az İspaniya mediasına istinadən xəbər verir ki, "Kral Klubu" "Portu"dan Eder Militaonun transferini hər an açıqlaya bilər.

İddia olunur ki, futbolçunun müqaviləsində sərbəst qalma maddəsi 55 milyon avrodu. "Real" bu məbləği ödəyərək onu heyətinə qatacaq.

İspaniya klubu transfer indi bitirməkdə israrlıdı. Çünki müqaviləyə əsasən yayda 21 yaşlı müdafiəçinin sərbəst qalma maddəsi 75 milyon avro olacaq.

Bu futbolçunu "Real"la yanaşı, "Liverpul" və "Mançester Yunayted" də istəyir.

Qeyd idək ki, Militao ötən ilin yayında Braziliyanın "San Paulo" klubundan "Portu"ya 4 milyon avroya transfer olunub. Cari mövsümdə 24 oyuna çıxan mərkəz müdafiəçisi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi