hia.az
hia.az

Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi

341 dəfə baxılıb 12-01-2019, 13:32

Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi
UFC çempionu Həbib Nurməhəmmədov Moskva "Spartak"ının yeni transferi Ayaz Quliyevə müraciət edib.

Fanat.az xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə "Instagram" hesabında yazıb.

31 yaşlı idmançı 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin ona bənzədilməsindən danışıb: "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma".

Qeyd edək ki, "Spartak" azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi