hia.az
hia.az

Bakıda bulvar ərazisində gəmi batdı - Video-Yenilənib

54 dəfə baxılıb 22-12-2023, 13:11

Bakıda bulvar ərazisində gəmi batdı - Video-Yenilənib

 
Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu sahillərində tur gəmisi batıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bulvar ərazisində tur gəmisi qəfil batmağa başlayıb, içindəki şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti gəmisinin batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.

***

DİN-dən bildirilib ki, Bakıda bulvar ərazisində gəzinti gəmisinin batması ilə bağlı məlumat daxil olan məlumat üzrə nazirliyin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər:

"Polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi