hia.az
hia.az

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

0 dəfə baxılıb Bugün, 18:06

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda xuliqanlıq əməli törətmiş 2 nəfərə hökm oxunub.

1986-cı il təvəllüdlü V.İmranov və bacısı oğlu A.Məlikov barəsində keçirilən proses başa çatıb.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə təqsirli hesab edib.

Bildirilib ki, dayı və bacısı oğlu hadisə günü bir neçə şəxslə birgə yaşadıqları Yengicə kəndindən Yuxarı Daşarx kəndi ərazisində yerləşən restorana gediblər. Onlar burada yeyib-içiblər və sərxoş vəziyyətə düşüblər. Gecəyarısı A.Məlikov restoranda Turalla (şərti) mübahisə edib. Mübahisəni sakitləşdirənlər Turalı oradan uzaqlaşdıraraq kabinetlərdən birinə salıblar. Bacısıoğlunun dalaşdığını görən V.İmranov dərhal gələrək münaqişəni davam etdirib. Onlar kabinetin qapısını sındıraraq içəri daxil olublar və Turalı döyərək xəsarətlər yetiriblər.

Polisin keçirdiyi tədbirlərlə hər iki şəxs tutulub və barələrində cinayət işi açılıb. Şərur Rayon Məhkəməsinin hökmü ilə V.İmranova 2 il 2 ay həbs cəzası verilib.

Onun bacısı oğlu A.Məlikova isə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. A.Məlikovun 6 ay 6 gün həbsdə saxlanılması nəzərə alınaraq məhkəmə zalından sərbəst buraxılıb və üzərinə elektron qolbaq yerləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi