hia.az
hia.az

"Rusiya və Ermənistanın bir-birinə sualları var" - Mirzoyanın müavini

93 dəfə baxılıb 27-10-2023, 15:54

"Rusiya və Ermənistanın bir-birinə sualları var" - Mirzoyanın müavini

Mən Rusiya ilə münasibətləri daha da gərginləşdirməyimizlə bağlı qiymətləndirmə ilə razılaşmıram, bu, normal iş prosesidir, tərəfdaşların (Rusiya və Ermənistan - red.) bir-birinə sualları var, biz diplomatlar vasitəsilə bu məsələləri aydınlaşdırırıq.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

"Nikol Paşinyanın Rusiya hərbi bazasının Ermənistan ərazisində qalmasında heç bir üstünlük olmadığını deməsinə gəlincə, bu, Ermənistanın öz xarici vektorunu dəyişməsinə dəlalət etmir", - nazir müavini deyib.

O, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın XİN rəhbərləri səviyyəsində üçtərəfli görüş barədə təklifinə cavabında qeyd edib: "Ermənistan razılaşarsa, bu barədə məlumat veriləcək".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi