hia.az
hia.az

Dilənməyə getdikləri evi soyan qadınlar “iş başında” tutuldu

330 dəfə baxılıb 6-01-2019, 14:35

Dilənməyə getdikləri evi soyan qadınlar “iş başında” tutulduŞəki rayonu Zunud kənd sakini Arif İdrisovun evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən hia.az-a verilən məlumata görə, soyğunçular həyətdən çıxmaq istəyərkən ev sahibi tərəfindən yaxalanıblar.

O, hadisə barədə Şəki ŞRPŞ-yə məlumat verib və polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib.

Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi