hia.az
hia.az

İntiqam Babayev: İnanırıq ki, gənc alimlərimiz müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklər

286 dəfə baxılıb 26-12-2018, 13:51

İntiqam Babayev: İnanırıq ki, gənc alimlərimiz müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklər
“İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Tədbirin əsas məqsədi tələbə, gənc alim, tədqiqatçıların bir neçə nominasiya üzrə ixtiraları, elmi yaradıcılıqlarının nümayiş etdirilməsi, gənclərimizin elmi yaradıcılığa həvəsləndirilməsi, onların elmi-innovativ təşəbbüskarlığının artırılmasıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “İdeya var!” elmi-yaradıcılıq müsabiqəsi zamanı gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Müsabiqədə texnologiya, sosial həyat, habelə ekoloji maarifləndirmə və digər sahələrdə mövzuların nümayiş olunduğunu bildirən nazir müavini bildirib ki, münsiflər heyətinə 200-ə yaxın layihə təqdim edilib. Onların arasında ən yaxşıları müəyyənləşdirilib və sərgidə nümayiş etdirilir.

“Qalib gələn gəncləri növbəti mərhələdə MDB çərçivəsində keçirilən müsabiqəyə göndərmək niyyətindəyik. İnanırıq ki, gənc alimlərimiz, tələbələrimiz, tədqiqatçılarımız müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklər”, - deyə İ.Babayev əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi