hia.az
hia.az

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

180 dəfə baxılıb 21-04-2022, 12:50

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA


Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər.

"Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyil. Lakin, son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir", - deyə əlavə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi