hia.az
hia.az

Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən daha iki nəfərin meyiti tapılıb

272 dəfə baxılıb 9-01-2019, 18:20

Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən daha iki nəfərin meyiti tapılıbTürkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq, Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son məlumata əsasən həyata keçirilən axtarış–xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən daha 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi