hia.az
hia.az

Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilib

304 dəfə baxılıb 7-01-2019, 15:03

Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilibÖtən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 min 374 müraciət daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlbolunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi