hia.az
hia.az

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilir

313 dəfə baxılıb 24-12-2018, 13:32

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilirDekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətinə dair film nümayiş olunub.

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin ən böyük məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyətinin bu cür yığcam şəkildə əksi, təbii ki, dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma tələb edir. Kitab nəşrə hazırlanarkən mətnin hər abzası və cümləsi, hər bir fotoşəkil dönə-dönə fikir süzgəcindən keçirilib. Nəticədə Prezident İlham Əliyevin 15 illik titanik, çoxşaxəli dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi ortaya çıxıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi