hia.az
hia.az

Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

259 dəfə baxılıb 19-12-2018, 14:25

Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşübAzərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün Ankarada səfərdə olan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Yaşar Gülerə çatdırıb və görüşə görə ona təşəkkürünü bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi