hia.az
hia.az

Zəngəzur Bakının nəzarətinə keçəcək – Əcəmyan

114 dəfə baxılıb 21-04-2022, 14:08

Zəngəzur Bakının nəzarətinə keçəcək – Əcəmyan


Bu günlərdə Ermənistanda bir qrup insan indiki hakimiyyətə qarşı etirazlar keçirir, Paşinyan və onun komandasını devirmək istəyir, guya bunların hamısı Ermənistan naminə edilir. Amma gözüaçıq gəmiyyətin üzvləri tam olaraq anlayır ki, bu etirazların arxasında duran sərkisyançılar, köçəryançılar, qərbyönlülər, ruspərəstlərin ən əsas məqsədi taxtdır.

Hia.az xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Əcəmyan bildirib.

“Erməni xalqı avam, axmaq xalq deyil. Nəyin necə olduğunu biz ilk gündən görürük. Hamımız anlayırıq ki, bütün bu baş verənlər yaxın gələcəkdə azərbaycanlılar və türklərin İrəvan küçələrində rahat dolaşacaqlaqlarından, Qarabağ və Zəngəzurun isə tam olaraq Bakının nəzərəti altında olacağından xəbər verir. Bu prossesi dayandıra biləcək heç nəyimiz yoxdur. Xalqımız müharibə istəmir. Məhz bu səbəbdən o yuxarıda adların çəkdiyimiz robertçilər, serjçilər heç nəyə nail ola bilməyəcəklər. Biz anlayırıq ki, Nikol nə qədər zəif siyasətçi olsa da, respublikasını tam olaraq yoxa çıxmaqdan qoruya biləcək”, - deyə Əcəmyan bildirib.

Erməni siyasətçinin sözlərinə əsasən, hazırda Ermənistanda Qərbin müəyyən gücləri tərəfindən planlar hazırlanır: “Hər şeyə hazır olmalıyıq...”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi