hia.az
hia.az

Azərbaycan Gürcüstandakı bu yolu idarə edəcək

194 dəfə baxılıb 15-08-2024, 16:12

Azərbaycan Gürcüstandakı bu yolu idarə edəcək

Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Qars (BTQ) - Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıblar.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“BTKİ Railways” adlı şirkətin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub.

Yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarına və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə və yeni yüklərin cəlb edilməsinə cavabdeh olacaq.

Azərbaycan Dəmir Yollarından bildirilib ki, Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi