hia.az
hia.az

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

18 dəfə baxılıb 12-08-2026, 14:24

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıda baş tutacaq görüşdə rotasiyalar gözlənilir.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

"Heyətlə bağlı götür-qoy edəcəyik. Oyunçular arasında ən hazırlıqlı olanı Aleksey Kaşukdur. Sabah rotasiyalar edəcəyik. Çox düşünəcək halda deyilik. Əksinə, oyuna köklənməliyik. Matçın axarına uyğun dəyişikliklər edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi