hia.az
hia.az

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

0 dəfə baxılıb Bugün, 17:08

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

ABŞ və İranın atəşkəs rejiminin uzadılması barədə razılığa gəlməsi iddia olunub.

Bu barədə “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton və Tehran iyunun 17-də imzalanmış İslamabad sazişində nəzərdə tutulan atəşkəs rejiminin müddətini uzatmaq barədə razılıqlarını vasitəçilərə çatdırıblar.

Bununla belə, müddətin nə qədər uzadılacağı ilə bağlı məsləhətləşmələrin davam etdiyi qeyd olunub.

“Reuters” agentliyinin adı açıqlanmayan iranlı məmura istinadən verdiyi məlumata görə isə İran və ABŞ arasında atəşkəs rejiminin uzadılması müzakirə olunmayıb.

Mənbənin sözlərinə görə, atəşkəs qüvvədə deyil, çünki anlaşma memorandumu imzalandıqdan 48 saat sonra ABŞ onun müddəalarını pozub. 

Xatırladaq ki, iyunun 17-də İslamabadda ABŞ və İran arasında atəşkəs elan edilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. 60 günlük atəşkəsin müddəti avqustun 17-də başa çatacaq. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi