hia.az
hia.az

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

0 dəfə baxılıb Bugün, 10:40

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiyanın Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücumları nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

O.Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin doqquz yaşayış məntəqəsinə raketlər, reaktiv yaylım atəşi sistemləri və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində 13 nəfər, o cümlədən 15 yaşlı yeniyetmə xəsarət alıb.

A.Prokudin bildirib ki, Rusiyanın zərbə PUA-larının gecə saatlarında Xersona hücumu nəticəsində iki dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi