hia.az
hia.az

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

17 dəfə baxılıb 12-08-2026, 12:37

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiyskdəki hərbi-dəniz bazasına zərbələr endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

"Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdəki hərbi dəniz bazasına - cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən, Rusiya donanmasının Qara dənizdəki sonuncu böyük dayaq məntəqəsinə zərbələr endirməklə unikal əməliyyat həyata keçirib", - o yazıb.

Ukrayna Prezidentinin sözlərinə görə, hücum üçün "Palyanitsya" reaktiv pilotsuz uçuş aparatları, "Neptun" raketləri və ekipajsız dəniz sistemləri tətbiq edilib.

Zelenski qeyd edib ki, hava hücumundan müdafiə mövqelərinin, yanalma körpülərinin və dəniz limanı infrastrukturunun vurulduğu təsdiqlənib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi