hia.az
hia.az

Qərb Cənubi Qafqazda “yeni gərginlik ocağı” yaratmaq istəyir - Lavrov

48 dəfə baxılıb 28-12-2023, 09:30

Qərb Cənubi Qafqazda “yeni gərginlik ocağı” yaratmaq istəyir - Lavrov

Ermənistan Respublikasına və Cənubi Qafqaza sülh və sabitlik gətirmək Qərb dövlətləri üçün prioritet deyil.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri bölgədən sıxışdırmaq”, - Lavrov bildirib. O əlavə edib ki, Qərb artıq Yaxın Şərq, Kiyev və Balkanlardan sonra “yeni gərginlik ocağı” yaratmaq istəyir.

Rusiyalı nazir ümid edir ki, İrəvan təhlükəsizlik və milli müdafiə sahəsində suverenliyin itirilməsi təhlükəsindən xəbərdardır. Bu, NATO ilə dialoqun dərinləşməsi səbəbindən baş verə bilər.

Lavrov Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasına da toxunub. O deyib ki, sözügedən baza 1995-ci ildə imzalanmış beynəlxalq müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir. 

“Biz Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi ilə bağlı saziş 1995-ci il martın 16-da bağlanıb”, - Sergey Lavrov bunun Cənubi Qafqazda sabit vəziyyətin möhkəmlənməsinə kömək etdiyini və Rusiya ordusunun bu ərazidə təhlükəsizliyin təmin edilməsində əsas element olduğunu vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi