hia.az
hia.az

“Tonqal”da 85 minlik əti oğurladığı deyilən kababçı azadlığa buraxıldı

57 dəfə baxılıb 21-12-2023, 11:40

“Tonqal”da 85 minlik əti oğurladığı deyilən kababçı azadlığa buraxıldı

Bakıdakı məşhur restoranlardan olan "Tonqal"da 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.

Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.

Qeyd edək ki, bir müddət əvvəl R.Mehdiyev və N.Qardaşovun ailə üzvləri məsələ ilə bağlı saytımıza müraciət etmişdi. Onlar adıçəkilən şəxslərin günahsız olduğunu iddia edərək restoran rəhbərliyinin ittihamlarının əsassız olduğunu bildirirdilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi