hia.az
hia.az

Atasını öldürən oğul: Çağırdım ki, çölə çıx, işim var səninlə - VİDEO

335 dəfə baxılıb 25-12-2018, 14:44

Atasını öldürən oğul: Çağırdım ki, çölə çıx, işim var səninlə - VİDEOÖz atamı qətlə yetirmişəm. Bir bacı, bir qardaş idik. Anamız baxırdı, atamız baxmırdı. Anamın həmişə gözü yaşlı idi. Atam içki düşkünü olub. Anamı döyərdi, dava edərdi. Məndə yığıldı bu stress, atamı öldürdüm. Həmişə deyərdik ki, içmə. Evi sındırıb dağıdırdı. Nə qazanırdı, içkiyə verirdi. Çox hirslənirdim. Deyirdim ki, böyüyəndə qisas alacam. Atam həbsxanaya düşdü.

hia.az xəbər verir ki, bunu ARB TV-nin “Rezonans” proqramında atasını öldürərək, həbsə düşən Mehdi Cəlilov deyib.

“Çıxandan sonra iki bacım, bir qardaşım da dünyaya gəldi. Ailəmiz artdı. Atam içkini yerə qoymurdu. Taksidə işləyirdi. İçirdi, özünü idarə edə bilmirdi. Anam işləməyəndə dayılarım, əmilərim kömək edirdi. Özümüz də işləyirdik. İşdən gəldim ki, atam içib, evi dağıdıb. Getdim maşın dayanacağına ki, dostları ilə içir. Çağırdım ki, çölə çıx, işim var səninlə. Dedi ki, yox. Mən yenə dedim, yox dedi. Onda əsəbiləşdim, cinayəti törətdim.
Özünə demişdim ki, səni öldürəcəm, içmə. Vicdan əzabı çəkirəm. Doğma atamdır. Amma həm peşmanam, həm də peşman deyiləm. Ailəmi xilas etmişdim. Qıraqdan baxıb qınayanlar bilmirlər ki, niyə öldürmüşəm. Bundan sonra ailədə mənə münasibət dəyişdi. Bacılarım danışmadı, qardaşım danışmadı. Axı onların atasını öldürmüşdüm.

İki il yarımdan sonra balaca bacımı görmüşəm. O biri bacımı görməmişəm. Söz verib ki, gələcəm yaxınlarda. Bu yaxınlarda bacımın xeyir işi olacaq. İstərdim ki, orada olum. Həyat belə yazılıb, belə də olmalı idi. Mənimlə barışmaq istəmirlər, amma anam istəyir. Bacılarıma demək istəyirəm ki, yanıma gəlin. Onları görmək istəyirəm”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi