hia.az
hia.az

"Liverpul"un 20 oyunluq seriyası qırıldı - VİDEO

251 dəfə baxılıb 5-01-2019, 12:18

"Liverpul"un 20 oyunluq seriyası qırıldı - VİDEO"Liverpul" cari mövsümdə İngiltərə Premyer Liqasında ilk məğlubiyyətini alıb.

Fanat.az xəbər verir ki, "qırmızılar" XXI turda "Mançester Siti"yə yenilib. "Etihad" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 40-cı dəqiqədə "Mançester Siti"dən Serxio Aqüero açıb. Argentinalı hücumçu milli çempionatlarda 250-ci dəfə fərqlənib. Bunlardan 153-ü İngiltərə, 74-ü İspaniya, 23-ü Argentina çempionatına təsadüf edib. Roberto Firmino 64-cü dəqiqədə bərabərlik qolunu vursa da, Leroy Sane 72-ci dəqiqədə komandasının qələbə topuna imza atıb.

Beləliklə, Premyer Liqada 20 oyunluq məğlubiyyətsizlik (17 qələbə, 3 heç-heçə) seriyasına son verən "Liverpul" bu mövsüm ilk dəfə uduzub. Lakin Yurgen Kloppun baş məşqçi olduğu kollektiv 54 xalla liderliyini qoruyub. Xal fərqini 4-ə endirən "Mançester Siti" isə Xosep Qvardiolanın rəhbərliyi altında rəsmi matçlarda 100-cü qələbəsini qazanıb. İspaniyalı mütəxəssis komandaya 2016-cı ilin yayından başçılıq edir. O, İspaniya "Barselona"sında (2008 - 2012) 179, Almaniya "Bavariya"sında (2013 - 2016) 121 dəfə qalib gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi