Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.
"Report"un yerli bürosu xəbər verir ki, təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Ordubad rayon icra hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini vurğulayıblar.