hia.az
hia.az

Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar

285 dəfə baxılıb 14-11-2018, 13:15

Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar

Slovakiya nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 14-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxdılar.

Məlumat verildi ki, Qobustan Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi