hia.az
hia.az

Rusiyalı siyasətçilər Azərbaycan xalqını təbrik edib – VİDEO

254 dəfə baxılıb 1-01-2019, 15:22

Rusiyalı siyasətçilər Azərbaycan xalqını təbrik edib – VİDEO2018-ci il Azərbaycan-Rusiya siyasi əlaqələri baxımından olduqca məhsuldar il oldu.

hia.az “Moskva-Baku.ru”ya istinadən xəbər verir ki, 2019-cu ilin gəlişi ərəfəsində nüfuzlu rusiyalı siyasətçilər və diplomatlar Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.

Olqa Qolodets – RF-nın baş nazir müavini

Azərbaycan bizim çox yaxın və yaxşı tərəfdaşımızdır. Azərbaycan mədəniyyətinə, onun idman sahəsindəki nailiyyətlərinə, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin indiki vəziyyətinə böyük ehtiramla yanaşırıq. Rusiya –Azərbaycan əlaqələri inkişaf edir. Bu ilk növbədə mədəniyyət və humanitar istiqamətlərdə ikitərəfli münasibətlərin inkişafına böyük diqqət göstərən İlham Heydər oğlu Əliyevin yürütdüyü siyasətin sayəsində mümkün olur.

Mənə elə gəlir ki, Rusiya və Azərbaycanın yaxşı keçmişi və böyük gələcəyi var. Bu gün rusiyalılar adından bütün azərbaycanlıları Yeni İl münasibətilə təbrik edirəm və cansağlığı və əminamanlıq arzulayıram!


Mariya Zaxarova, Rusiya XİN-nin rəsmi nümayəndəsi
“Qlobal olaraq hər kəsə sülh arzulayıram. Sizə səadət arzulayıram... Bilirsiz, hamı xüsusi səadət gözləntisində olur, halbuki özlərinin nəsib edə biləcəyi səadətə diqqət ayırmırlar. Kimlərəsə doğuluşdan ən xırda hadisələrə belə sevinmək vergisi bəxş olunub, ancaq bəziləri üçün bu əldə olunan bir incəsənət və elmdir. Başqalarının uğurlarına sevinmək, hal-hazırda problemlərin olmamasına sevinmək, sülhə, əminamanlığa sevinmək, bəzən hətta bunun gələcək üçün bir kredit oldğunu və ya hər hansı çətinliklərdən uzaqlaşmaq imkanı olduğunu dərk edərək hansısa uğursuzluqlara sevinmək. Ona görə də, hamıya uğurlarına, uğursuzluqlarına sevinməyi, uğursuzluğun öhdəsindən nikbinliklə gəlməyi arzu etmək istərdim. Və əlbəttə ki, can sağlığı!

Azərbaycan vətəndaşlarına da, bütün başqa ölkələrin vətəndaşları kimi, özümə və yaxınlarıma arzu etdiyim şeyləri təmənni etmək istərdim. Sülh, əminamanlıq və səadət! Bilirəm ki, azərbacanlılar sevinməyi bacarır.


İlyas Umaxanov – Rusiyanın Federasiya Şurasının sədr müavini
Yeni il ərəfəsində azərbaycan xalqı öz lideri İlham Heydər oğlu Əliyevin ad gününü qeyd etdi. Azərbaycan Respublikasının prezidentinə can sağlığı, azərbaycan xalqının maraqlarında və manafeyi üçün əminamanlıq arzu etmək istərdim. Dost, – şəxsən mənim üçün qardaş Azərbaycan xalqına sülh, əminamanlıq, gələcəyə inamlı baxış arzu edirəm. Arzu edirəm qardaş Azərbaycan xalqı çiçəklənsin!


Leonid Kalaşnikov – Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsinin rəhbəri
Azərbaycan xalqını qarşıda gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Azərbaycan xalqına inkişaf, bütün problemlərin, o cümlədən ölkəni narahat edən ən ağrılı problemlərin həllini təmənni edirəm. Düşünürəm ki, ən ağrılı problemləri də qonşu dövlətlər bizim prezidentlə danışıqlar masası arxasına həll edə bilər.

Məsələyə üçüncü dövlət qarışanda, xüsusilə bu dövlət bizim ölkələrdən minlərlə kilometr uzaqda olanda, bu problemlərdən öz məqsədləri üçün suistifadə edir. Ona görə də ATƏT-in Minsk qrupuinun fəaliyyətinə skeptik münasibət bəsləyirəm. Dağlıq Qarabağ problemi 30 ilə yaxındır ki, həllini tapır.

Əminəm ki, Azərbaycanın inkişafına mənfi təsir edən, Azərbaycan xalqının həyatına qəm gətirən məsələlər həllini tapacaq. Əsası odur ki, Azərbaycan Respublikası düzgün istiqamətdə irəliləyir.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi