hia.az
hia.az

“Real” Ronaldusuz da dünyanın ən güclü komandası ola bilir - VİDEO

395 dəfə baxılıb 23-12-2018, 16:22

“Real” Ronaldusuz da dünyanın ən güclü komandası ola bilir - VİDEOMadridin “Real” klubu ardıcıl üçüncü dəfə dünyanın ən güclü komandası olub.

hia.az xəbər verir ki, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən XV klublararası dünya çempionatı başa çatıb.

“Real” finalda sürpriz edərək həlledici qarşılaşmaya çıxmış BƏƏ çempionu “Əl Ayn”la qarşılaşıb. Gözlənildiyi kimi, “Real” Asiya təmsilçisini böyük hesabla məğlub edib – 4:1.

Kral klubundan qolları xorvatiyalı Luka Modriç, Markoz Lyorente, Serxio Ramos vurub. Yaponiyalı Sukasa Shiotani “Əl Ayn”ı təsəlliverici qolla sevindirib. Asiyalılardan misirli Yəhya Nadir isə görüşə əlavə olunmuş dəqiqədə öz qapısına yol tapıb.

Bununla da Kriştianu Ronaldu ilə üç dəfə (2014, 2016, 2017) dünya çempionu olmuş “Real” onun yoxluğunda da bu kuboku dördüncü dəfə muzeyinə aparmağı bacarıb. Həm də Madrid klubu bu turnirin çempionu olmaqla əzəli rəqibi “Barselona”nı qabaqlayıb. Kataloniya təmsilçisi bu turniri üç dəfə qazanıb.

III yer uğrunda görüşdə isə Argentina nəhəngi, Libertadores Kubokunun son qalibi “River Pleyt” Asiya Çempionlar Liqasının qalibi olmuş Yaponiyanın “Kashima Antlers” klubunu darmadağın edib – 4:0.

Qeyd edək ki, bu turnir 2000-ci ildən etibarən keçirilir (2005-ci ildən indiki formatla təşkil olunur). Turnirdə hər qitədən ən güclü klub komandaları mübarizə aparır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi