hia.az
hia.az

Deputat: Biz yazıq ölkə deyilik

417 dəfə baxılıb 8-11-2018, 15:18

Deputat: Biz yazıq ölkə deyilikBiz həmişə deyirik ki, büdcəmiz sosialyönümlü büdcədir. Amma pensiya alan pensiyaçı, ya da əlil bunu hiss etmir.

hia.az xəbər verir ki, bunu deputat Aytən Mustafazadə parlamentdə çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, pensiyası 5-10 manat artan pensiyaçı heç nə edə bilmir:

“144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir. Başa düşürsünüz, biz sosial xartiyadan, hüquqlardan danışırıq. Səttar müəllim çıxışına yaxşı başlamışdı, axırda dedi ki, bunların hamısını yerinə yetirə bilmərik. Niyə yerinə yetirə bilmirik? Dünən də müzakirə zamanı maliyyə naziri Samir Şərifov dedi ki, biz Azərbaycanı Belarusla müqayisə edə bilmərik.

Niyə edə bilmərik ki? Cənab prezident o qədər səy göstərib ki, yəni, Azərbaycan geostrateji layihələrin təşəbbüskarıdır. Onun maliyyəsini verir. Kənd təsərrüfatı inkişaf etdirilib. Sonuncu reytinqlərə baxaq. Azərbaycan heç də yazıq ölkə deyil. Xahiş edirəm, belə reaksiya verməyin.

Belarus böyük ölkədir. Biz insanlara münasibəti müqayisə edə bilərik.10 milyonluq Azərbaycan çox qüdrətli bir dövlətdir. Biz vətəndaşlarımıza onlar layiq olduğu qayğını göstərə bilərik. Sosialyönümlü büdcə konkret rəqəmlərdə göstərilməlidir. Maaşlar və müavinətlər artırılmalıdır”.

H.Rəcəbli qeyd edib ki, bu rəqəmlər tələblərə cavab vermir:

“Zaman-zaman artmalıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi