hia.az
hia.az

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO

287 dəfə baxılıb 12-01-2019, 13:31

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO
Şamaxıda son bir ildə itlərin insanlara hücumu halları çoxalıb.

hia.az-ın məlumatına görə, rayonda son bir ildə 260 dan çox insanı it tutub.

Sahibsiz itlərinin çoxalması, bu cür xoşagəlməz hadisələrin artmasına səbəb olur.

Sürü halında gəzən itlər hər tərəfə qorxu saçır. Şəhərin bir çox küçəsində sahibsiz itləri görmək mümkündür. Adətən ac itlər zibil qutusunu özlərinə məskən seçirlər. Yem tapmadıqda isə insanlara hücum edirlər.

Bəzən insanlar küçədə rahat hərəkət etməyə belə qorxurlar. Məktəblilər isə dəfələrlə itlərin hücumuna məruz qaldıqlarını bildirirlər.

Ötən il it tutma hadisəsi nəticəsində xəstəxanaya müraciət edənlərin sayı da artıb.

Şamaxı Rayon Mərkəzi xəstəxanasından verilən məlumata görə onlardan üçü ağır xəsarətlə cərrahiyə şöbəsinə müraciət edib.

Bu cur xoşagəlməz hadisələrin yaşanması üçün başlıca olaraq sahibsiz itlərə xüsusi sığınacaqların tikilməsi vacibdir. Bu zaman sığınacağa yerləşdirilən itlər həm vaxtı-vaxtında qidalanmış olar, həmdə baytar nəzarətində saxlanılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi