hia.az
hia.az

Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

248 dəfə baxılıb 19-12-2018, 14:25

Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edibRusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra qonaqlar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi