hia.az
hia.az

İndoneziya səfiri Azərbaycan mahnısını ifa etdi - FOTO\VİDEO

405 dəfə baxılıb 13-12-2018, 14:12

İndoneziya səfiri Azərbaycan mahnısını ifa etdi - FOTOVİDEO“İndoneziya Konstitusiyasında belə bir bənd var - azadlıq hər bir xalqın haqqıdır. Dünyada işğalçılığa son qoyulmalıdır. İndoneziya hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

hia.az xəbər verir ki, bunu KİV nümayəndələri ilə görüşü zamanı İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fənani bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Səfir həmçinin Azərbaycan mədəniyyətindən danışıb. O, Azərbaycana vurğun olduğunu bildirib və “Sarı gəlin”lə “Ey Əziz Anam Azərbaycan” mahnılarını ifa edib.

İndoneziyalı diplomat Azərbaycan mətbəxini çox bəyəndiyini də əlavə edib.






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi