hia.az
hia.az

Şəkidə minik maşını traktorla toqquşub, bir ailənin üç üzvü xəsarət alıb

317 dəfə baxılıb 1-12-2018, 13:15

Şəkidə minik maşını traktorla toqquşub, bir ailənin üç üzvü xəsarət alıbŞəki rayonunda yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1950-ci il təvəllüdlü Arif Rüstəm oğlu Rüstəmovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobil Şəki rayon sakininin idarə etdiyi traktorla toqquşub. Nəticədə minik maşınının sürücüsü Arif Rüstəmov, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Solmaz Soltanəhməd qızı Rüstəmova və oğlu, 1994-cü il təvəllüdlü Rüstəm Arif oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi