hia.az
hia.az

İtaliyada məhkum poçt işçilərini girov götürüb

358 dəfə baxılıb 5-11-2018, 17:05

İtaliyada məhkum poçt işçilərini girov götürübİtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, girovların azad edilməsi üçün ölkənin daxili işlər naziri Matteo Salvini ilə görüşmək tələbini irəli sürüb.

Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib, F.Amato ilə danışıqlar aparılır.

Bildirilir ki, Kalabriya mafiyası ilə əlbir olmaqda təqsirləndirilən bir qrup şəxslə birlikdə məhkəmə qarşısına çıxarılan F.Amatoya 19 il həbs cəzası verilib və o, bundan sonra poçt şöbəsinə gələrək əməkdaşları girov götürüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi