hia.az
hia.az

Trampdan Ukrayna ilə bağlı “sülh formulu”: “Ərazilərin bir hissəsi Rusiyaya verilsin”

63 dəfə baxılıb 30-06-2023, 18:50

Trampdan Ukrayna ilə bağlı “sülh formulu”: “Ərazilərin bir hissəsi Rusiyaya verilsin”

“Putin “Vaqner” özəl hərbi şirkətinin son qiyam cəhdindən sonra bir qədər zəifləyib”.

Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

O hesab edir ki, Vaşinqtonun Rusiya və Ukrayna arasındakı məsələnin sülh danışıqları yolu ilə nizamlanmasına vasitəçilik etməsinin vaxtı çatıb.

“Mən istəyirəm ki, insanlar artıq bu mənasız müharibəyə görə ölməsinlər”, - deyə Tramp qeyd edib.

O bildirib ki, Ukrayna hökuməti müharibəni dayandırmaq üçün müəyyən əraziləri Rusiyaya verməli ola bilər. Həmçinin bildirib ki, öz torpaqlarını müdafiə edən ukraynalılar təqdirəlayiqdirlər.
“Düşünürəm ki, onların geri qaytardıqları ərazilərin çoxunu saxlamaq hüquqları olacaq və məncə, Rusiya da bununla razılaşacaq. Sizə düzgün vasitəçi və ya danışıqlar üzrə mütəxəssis lazımdır, bizdə isə hazırda bu yoxdur”, - deyə Tramp vurğulayıb.

“Düşünürəm ki, ABŞ-nin hazırda atmalı olduğu ən vacib addım sülhün bərqərar olmasına nail olmaq, Rusiya və Ukraynanı bir araya gətirmək və sülh sazişinin bağlanmasını təmin etməkdir”, - deyə o əlavə edib.

Mənbə: “Reuters”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi