hia.az
hia.az

Türkiyə ordusu İNANILMAZI BACARDI: Terrorçular "EŞŞƏK ARISI" ilə məhv edildi

266 dəfə baxılıb 19-11-2018, 12:10

Türkiyə ordusu İNANILMAZI BACARDI: Terrorçular "EŞŞƏK ARISI" ilə məhv edildiTürkiyə Silahlı Qüvvələrinin "Xəncər 2 " hərbi əməliyyatı çərçivəsində 18 PKK terrorçusunu Cudi dağında inanılmaz fəndlərlə məhv etdiyi ortaya çıxıb.

504 saatlıq müşahidə və təqibdən sonra gerçəkləşən əməliyyat nəticəsində 3-ü ali səviyyəli olmaqla, 18 terrorçu "eşşək arısı” adı verilən mini dron vasitəsilə zərərsizləşdirilib.

Belə ki, Qabar bölgəsində öldürülən terrorçuların rəqəmsal materialları deşifrə edilib. Elektromaqnit dalğaları vasitəsilə işləyən telefonlardan göndərilən şifrəli mesajlar açılıb. Bir qrup terrorçunun PKK telekanalına verdiyi müsahibənin fotolarındakı yerlər təsbit edilib. Kosmik peyklər vasitəsilə həmin yerlərin koordinatları çıxarılıb və "eşşək arısı” adı verilən mini dronlarla bölgə blokada altına alınıb. Beləcə, 103 türk əsgərini şəhid edən terrorçular toplu şəkildə öldürülüb.

Qeyd edək ki, "Xəncər 2” əməliyyatına 11 oktaybrda start verilib və 2 noyabrda başa çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi