hia.az
hia.az

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

1 dəfə baxılıb Bugün, 10:56

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi elan edilib.

DİM-dən verilən məlumata görə, proses avqustun 30-dək davam edəcək.

İxtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyunda keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi